NATO-nun baş katibi Mark Rutte Vaşinqtona səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən xəbər yayıb.
“NATO-nun baş katibi Mark Rutte Donald Trampla danışıqlar aparmaq üçün çərşənbə axşamı Vaşinqtona səfər edəcək”, – məlumatda deyilir.
Məlumata görə, səfərin əsas məqsədi Rusiyaya qarşı mübarizədə ABŞ-ın Avropa və Ukrayna ilə birgə mövqedə olmasına nail olmaqdır.