Tualetlərə kamera quraşdırılacaq – Qiyməti 1018 manatdırbackend

Tualetlərə kamera quraşdırılacaq - Qiyməti 1018 manatdır

ABŞ-nin Kohler şirkəti yeni nəsil Dekoda adlı “ağıllı” sanitar sistemini təqdim edib.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu cihaz birbaşa unitaza quraşdırılır və istifadəçinin sağlamlıq göstəricilərini avtomatik şəkildə izləməyə imkan yaradır.

Sistem optik sensorlarla təchiz edilib və onların köməyi ilə insanın bağırsaq fəaliyyəti və orqanizmin maye balansı haqqında məlumat toplanır. Sensorlar elə yerləşdirilib ki, məlumatların toplanması zamanı şəxsi məxfilik qorunur.

Dekoda sistemi nəcisin tezliyini, formasını və tərkibini analiz edir, nəticələri isə xüsusi mobil tətbiqə göndərir. Əgər analiz zamanı sağlamlıqla bağlı hər hansı təhlükəli əlamət məsələn, qan izi aşkar olunarsa, tətbiq istifadəçiyə xəbərdarlıq göndərir.

Şirkət bildirir ki, cihaz yalnız açıq rəngli unitazlarda dəqiq işləyir, çünki sensorların düzgün analiz üçün kifayət qədər işığa ehtiyacı var.

Sistemdə həmçinin istifadəçiləri tanımaq funksiyası da mövcuddur. Bu, divara quraşdırılmış pultdakı barmaq izi skaneri vasitəsilə həyata keçirilir.

“Kohler Health” mobil tətbiqi artıq “App Store”da mövcuddur. Cihazın qiyməti 599 dollar ( günün məzənnəsinə uyğun təxminən 1018 manat ) təşkil edir. İstifadə üçün bir nəfərə 7 dollar, beş nəfərlik ailə üçün isə 13 dollar əlavə aylıq abunə tələb olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*