Misli Premyer Liqasında VIII tura bu gün yekun vurulacaq.
KONKRET.az xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək.
Günün ilk oyununda “Turan Tovuz” səfərdə “İmişli” ilə üz-üzə gələcək. Matç saat 15:00-da start götürəcək.
Qonaqlar hazırda 14 xalla dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 4 xalla doqquzuncu sıradadır.
Tura Gəncədə yekun vurulacaq. “Kəpəz” doğma azarkeşlər önündə “Zirə”ni qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Bölgə təmsilçisi 10 xalla yeddinci, Bakı klubu 11 xalla altıncı yerdədir.
Misli Premyer Liqası
I dövrə, VIII tur
18 oktyabr
15:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu
18:30. “Kəpəz” – “Zirə”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR: Rauf Cabarov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Şəfa”nı (3:2), “Sumqayıt” “Araz-Naxçıvan”ı (2:1), “Sabah” – “Qəbələ”ni (4:0) məğlub edib. “Qarabağ” – “Neftçi” oyununda qalib müəyyənləşməyib – 3:3.
