Türk gəmisinə dron zərbəsi – 1 dənizçi itkin düşdübackend

Türk gəmisinə dron zərbəsi - 1 dənizçi itkin düşdü

Qara dənizdə Türkiyənin Akkon Lines şirkəti tərəfindən istismar olunan M/V RMS TEAM gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edilib. 

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Hücumdan sonra gəmidə yanğın başlayıb. Hadisə nəticəsində bir dənizçi itkin düşüb, onun axtarışları davam etdirilir.

Məlumata görə, hücumdan sonra gəminin ekipajı onu tərk etmək məcburiyyətində qalıb. Yaxınlıqda olan başqa bir gəmi qəza siqnalına cavab verərək 11 ekipaj üzvünü xilas edib. Daha bir dənizçinin taleyi isə hələlik məlum deyil və məsələ ilə bağlı axtarış-xilasetmə xidmətlərinə məlumat verilib.

Ekipajın təxliyəsindən sonra gəminin yaşayış sahələrində və mühərrik bölməsində yanğın baş verib. Daha sonra alov konteynerlərin yerləşdirildiyi hissəyə yayılıb.

Hadisənin hansı pilotsuz aparat tərəfindən törədildiyi və hücumun kim tərəfindən həyata keçirildiyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, son günlər Qara dənizdə kommersiya gəmilərinə qarşı dron hücumları ilə bağlı bir neçə insident qeydə alınıb.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*