Türkiyə ABŞ-ı əvəzləyəcək – Ərdoğandan KRİTİK QƏRARbackend

Türkiyə ABŞ-ı əvəzləyəcək - Ərdoğandan KRİTİK QƏRAR

ABŞ ilə münasibətlərin gərginləşməsi fonunda Avropa Türkiyənin strateji əhəmiyyətini daha aydın şəkildə qiymətləndirməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində ölkəsinin alyans üçün nə qədər vacib rol oynadığını nümayiş etdirməyə hazırlaşır.

Diplomatların sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın hörmət etdiyi güclü lider imici Ərdoğana NATO sammitini düzgün istiqamətdə saxlamaq üçün mühüm üstünlük qazandırır. Bu, xüsusilə bir çox Avropa liderlərinin Ağ Ev rəhbəri ilə fikir ayrılığı yaşadığı bir dövrdə daha da önəmli hesab olunur.

Bundan əlavə, Türkiyə Avropanın əsas hərbi texnika təchizatçılarından birinə çevrilib. Ukraynadakı müharibə və Trampın təzyiqləri fonunda Avropa ölkələri silahlanmanı artırarkən, Ankara müdafiə sənayesində rolunu gücləndirib.

Ötən il Türkiyənin silah ixracının təxminən 56 faizi ABŞ, Avropa və digər Qərb müttəfiqlərinin payına düşüb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*