Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçuların hədəflərinə qarşı hava əməliyyatı keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Məlumatda deyilir: “2024-cü il noyabrın 29-dan dekabrın 1-dək İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində ümumilikdə 9 PKK terrorçusu zərərsizləşdirilib”.
Türkiyə Silahlı Qüvvələri qətiyyətlə terroru məhv etmək üçün bütün imkanlara malik olduğunu vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az