Türkiyə Qırğızıstanın 62 milyon dollardan çox borcunu sildibackend

Türkiyə Qırğızıstanın 62 milyon dollardan çox borcunu sildi

Türkiyə Qırğızıstanın 62 milyon dollardan çox xarici borcunu silib.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın prezidenti Sadır Japarov bildirib.

Türkiyə prezidenti ilə danışıqlardan sonra Japarov ölkələr arasında ticarət dövriyyəsini ildə beş milyard dollara çatdırmağı planlaşdırdığını da açıqlayıb. Bir il əvvəl Qırğızıstanla Türkiyə arasında ixrac-idxal əməliyyatlarının həcmi 1,34 milyard dollar təşkil edib.

Ticarət qaydalarını sadələşdirməklə ticarət dövriyyəsini artırmağın mümkünyünə nümunə olaraq, Japarov Türkiyə tərəfinin Qırğızıstan mallarının bəzi növlərinə güzəştli gömrük tarifləri tətbiq etməsini göstərib.

“Sizdən xahiş edirəm ki, bizim ixrac bazamızı təşkil edən malların kateqoriyaları üçün güzəştli gömrük tariflərinin tətbiqi imkanlarını nəzərdən keçirəsiniz”, – Japarov Ərdoğandan xahiş edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan lideri ilə görüşmək və iki dövlət başçılarının sədrliyi ilə Strateji Əməkdaşlıq üzrə Ali Şuranın altıncı iclasını keçirmək üçün bazar ertəsi, noyabrın 4-də Bişkekə gəlib. O, həmçinin noyabrın 6-da Türk Dövlətləri Təşkilatının (TDT) sammitində iştirak etmək niyyətindədir.

Qırğızıstan rəhbəri Ərdoğanı respublikanın ali dövlət mükafatı – birinci dərəcəli “Manas” ordeni ilə təltif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*