Türkiyədə Azərbaycana qarşı kampaniya: Pərdə arxasında nə baş verir?backend

Türkiyədə Azərbaycana qarşı kampaniya: Pərdə arxasında nə baş verir?

Azərbaycanın qəbul etdiyi qərar ətrafında Türkiyənin sosial media məkanında müzakirələr davam edir. Bəzi istifadəçilərin və tanınmış şəxslərin paylaşımlarında ölkəmizə qarşı tənqidi fikirlər səsləndirilir, Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında keçirilən aksiyalar isə iki ölkə arasındakı münasibətlər kontekstində müzakirələrə səbəb olur. Xüsusilə, dünyəvilik prinsipi, milli dəyərlər və dövlətlərin daxili qərarlarına hörmət məsələləri diqqət mərkəzinə gəlir. Bəs bu müzakirələrin arxasında hansı amillər dayanır və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qorunması baxımından qarşılıqlı hörmət və obyektiv mövqe nə dərəcədə əhəmiyyətlidir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Cavanşir Abbaslı bildirib ki, Azərbaycana qarşı zaman-zaman müxtəlif kampaniyalar həyata keçirilib:

İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə  veriləcək? | KONKRET

“İstər qonşu ölkələrdə, istərsə də Avropada müəyyən dairələr ölkəmizə təzyiq göstərməyə çalışıb, müxtəlif aksiyalar və kampaniyalar təşkil ediblər. Lakin Türkiyə bu cür proseslərdə, bir qayda olaraq, nadir hallarda iştirak edib. Azərbaycan və Türkiyə hər zaman qardaşlıq və dostluq münasibətləri ilə seçilib. Dünyada bu qardaşlıq nümunəsini eyni səviyyədə nümayiş etdirən ikinci bir ölkə tapmaq çətindir. Hesab edirəm ki, Türkiyə ictimaiyyəti və müvafiq dairələr bu məqamı nəzərə almalıdır. Doğrudur, Türkiyənin bəzi media orqanlarında və müəyyən dairələrdə Azərbaycana qarşı kampaniyaları qızışdırmağa çalışanlar var. Lakin Türkiyənin rəsmi dairələri tərəfindən bu məsələyə açıq şəkildə münasibət bildirilməməsi təəssüf doğurur. Azərbaycan Türkiyənin qardaş dövlətidir. Hesab edirəm ki, Türkiyədə keçirilən aksiyalara və bu cür kampaniyalara münasibət bildirilərkən Azərbaycanın maraqları da nəzərə alınmalıdır.  İctimaiyyət, tanınmış şəxslər və zərurət yarandıqda dövlət rəhbərləri səviyyəsində ölkəmizə dəstək ifadə edən mövqelər ortaya qoyula bilər. Türkiyədə Azərbaycan əleyhinə aparılan kampaniyalar, keçirilən aksiyalar adamı dəhşətə gətirir. Çünki Türkiyə nə İran, nə Fransa, nə də Rusiyadır. Biz axı qardaş dövlətik. Bu cür aksiyalar necə keçirilə və Türkiyə dövləti tərəfindən buna necə susqun yanaşıla bilər?”.

Politoloqun sözlərinə görə, bir məqamı heç kim unutmamalıdır:

“Azərbaycan müstəqil dövlətdir və öz milli maraqlarını qorumaq iqtidarındadır. Ölkəmizin müstəqilliyi və suverenliyi müzakirə mövzusu ola bilməz. Buna görə də Azərbaycana qarşı yönələn istənilən kampaniyaya münasibətdə obyektiv və prinsipial mövqe sərgilənməsi vacibdir”.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*