Türkiyədə iki məmur həbs edildibackend

Türkiyədə iki məmur həbs edildi

Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzrə istintaq başladılıb.

KONKRET.az “A Haber” nəşrinə istinadən xəbər verir ki, Etimesgut Bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində yeddi şübhəli həbs edilib.

Məlumata görə, həbs olunanlar arasında bələdiyyə sədrinin iki müavini də var. Dörd şübhəli barəsində isə ev dustaqlığı şəklində məhkəmə nəzarəti qərarı çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*