Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.
Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir.
Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.
***
00:03
Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışda 14 nəfər həyatını itirib.
KONKRET.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında mədəndəki partlayışda 14 nəfərin öldüyünü bildirib.
23:35
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində iki nəfər ölüb.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.
Nazir əlavə edib ki, hadisə yerinə 31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.
22:33
Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışın ilkin səbəbi açıqlanıb.
KONKRET.az xəbər verir ki, Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil transformator qəzasının partlayışa səbəb olduğunu bildirib.
O, partlayış baş verdiyi an mədəndə 100 işçinin olduğunu da qeyd edib.
21:38
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayışın dağıntıları altından 11 nəfər xilas edilib.
KONKRET.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dağıntılar altında ümumilikdə 87 nəfər olub, onlardan 2-i yaralı halda çıxarılıb.
20:52
Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.
KONKRET.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb edilib.