Türkiyədə ŞOK ƏMƏLİYYAT: 56 hərbçi və 9 polis saxlanıldıbackend

Türkiyədə ŞOK ƏMƏLİYYAT: 56 hərbçi və 9 polis saxlanıldı

İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Daxili İşlər Nazirliyində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı genişmiqyaslı əməliyyat keçirilib.

KONKRET.az xəbər verir ki, İstanbul mərkəzli olmaqla 36 vilayətdə aparılan əməliyyat nəticəsində 56 hərbçi və 9 polis əməkdaşı saxlanılıb.

Baş Prokurorluğun araşdırmaları nəticəsində Hərbi Hava Qüvvələri, Quru Qoşunları, Dəniz Qüvvələri və Jandarma Baş Komandanlığında xidmət edən ümumilikdə 63 hərbçinin FETÖ ilə əlaqəli olduğu müəyyən edilib. Onlardan 56-sı saxlanılıb, 7 nəfərin axtarışı davam etdirilir.

Əməliyyat zamanı saxlanılan hərbçilərin rütbələri Azərbaycan ordusundakı qarşılığı ilə belədir:

4 polkovnik

8 polkovnik-leytenant

12 mayor

15 kapitan

24 nəfər gizir və baş çavuş

Qüvvələr üzrə bölgü isə belədir:

Hərbi Hava Qüvvələri: 8 nəfər

Jandarma Baş Komandanlığı: 13 nəfər

Quru Qoşunları: 36 nəfər

Dəniz Qüvvələri: 6 nəfər

Bundan əlavə, FETÖ-nün daxili işlər strukturlarındakı qalıqlarına qarşı da paralel əməliyyat keçirilib. 9 polis əməkdaşı saxlanılıb. Onlardan:

6 nəfər aktiv vəzifədədir,

2 nəfər təhsil müddətində orqanlardan uzaqlaşdırılıb,

1 nəfər daha əvvəl işdən çıxarılıb.

Saxlanılanların:

FETÖ üzvləri ilə təmasda olduqları,

Təşkilatın gizli əlaqə metodu olan “ardıcıl zəngləşmə” üsulu ilə izlənildikləri,

Bank Asya-da hesablarının olduğu,

Ali təhsil dövründə təşkilatın “mahrem” adlanan gizli strukturlarında yer aldıqları müəyyən edilib.

Əməliyyat İstanbul mərkəz olmaqla Bursa, Ankara, Erzurum və Gümüşhanedəki 9 ünvanda eyni vaxtda həyata keçirilib və bütün şübhəlilər saxlanılıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*