Türkiyədə yarım əsrlik terror probleminə son qoyacaq qanun gəlirbackend

Türkiyədə yarım əsrlik terror probleminə son qoyacaq qanun gəlir

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiyədə yarım əsrlik terror probleminə (söhbət kürd separatizmi və Kürdüstan Fəhlə Partiyası (PKK) ilə bağlı məsələdən gedir) son qoymalı olan “çərçivə qanunu”nun yaxın vaxtlarda qəbul ediləcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Kurtulmuşa görə, “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanmış qanun layihəsi üzərində iş demək olar ki, başa çatıb. Onun əsas mesajı isə budur ki, bu sənəd nə ümumi, nə də fərdi amnistiya nəzərdə tutur.

“Bu qanun müvəqqəti xarakter daşıyacaq və yalnız təşkilatın (PKK-nın) ləğvi məqsədilə tətbiq ediləcək”, – deyə parlament sədri vurğulayıb.

Başqa sözlə, hüquqi mexanizm yalnız silahlılar tam şəkildə silahı yerə qoyduqdan və təşkilat özünü buraxdıqdan sonra qüvvəyə minəcək.

İraqın şimalındakı Kandil dağları (PKK rəhbərliyinin yerləşdiyi bölgə) bu məsələdə kürdyönlü Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiyası) ilə demək olar ki, eyni mövqedən çıxış edir. Lakin bir məqamda daha sərt mövqe tutur: onlar üçün Abdullah Öcalanın prosesdə rolu arzuolunan deyil, mütləq şərtdir. Onun prosesə real şəkildə cəlb olunmaması halında qəbul ediləcək qanunun kağız üzərində qalacağına işarə edirlər.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*