Türkiyədən Ermənistana dəstək, Azərbaycana köstək…backend

Türkiyədən Ermənistana dəstək, Azərbaycana köstək…

Ermənistan və Türkiyə sərhədində “Marqara” keçid məntəqəsinin açılması Bakıda açıq suallar yaratdı: Ankara-İrəvan xəttində gizli danışıqlar nədən ibarətdir, niyə bu haqda rəsmi Bakıya məlumat verilməyib?

KONKRET.az Demokrat.az-a istinadla xəbər verir ki, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi Qarabağın işğalı dövründə rəsmi Ankaranın “qırmızı xətti” olub. Qarabağın azad edilməsindən sonra da bu siyasətdə dəyişikliyin olmadığı müşahidə edilirdi. Bakı və Ankaranın regionun gələcəyi ilə bağlı gündəliyi də eynidir. Amma son dövrlər Ankara-İrəvan xəttində Bakıya qarşı gizli bir prosesin baş verdiyi müşahidə edilir.

Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşlər keçirir, “Marqara” keçid məntəqəsini ziyarət edir, Paşinyan Ankaraya “isti mesajlar” verir. Sonuncu dəfə türkiyəli jurnalistlərin Ermənistanın istəyi ilə Ankaraya səfər etməsi və Paşinyandan “sülh göyərçini” düzəltməsi xüsusilə diqqət çəkdi.

Bu prosesin davamında “Maraqara” keçid məntəqəsinin açılması Ankara və İrəvanın Bakıdan xəbərsiz gizli danışıqlar apardığının təkzibolunmaz nümunəsi hesab oluna bilər.

Narahatedici məqan odur ki, Türkiyəli rəsmilər məsələyə hələ də münasibət bildirmirlər, Ermənistan isə “bu addıma görə türkiyəli həmkarlarına” təşəkkür edir. Bu, keçid məntəqəsinin açılışında Ankaranın rəsmi şəkildə “xeyir-dua” verdiyinin təsdiqidir.

Keçid məntəqəsinin “Ermənistandan Suriyaya humanitar yardım” aparılması məqsədilə açıldığı iddiası diletant gedişdir və bəllidir ki, bununla Bakıdan gizli aparılan danışıqları, eləcə də əldə olunan razılaşmaları ört-basdır etməyə çalışırlar. Amma bu, “dəvəquşu effekti”ndən başqa bir şey deyil, çünki hər şey ortadadır.

Türkiyədə Azərbaycan olmadan Ermənistanla münasibətlərin normallaşması, sərhədin açılması ideyası hələ Qarabağın işğalda olduğu dövrlər də gündəmə gəlib.

Vaxtilə Sürix protokollarının imzalanması, Xocalı qatili Serj Sarisyanla aparılan “futbol diplomatiyası” uzaq tarixin hadisəsi deyil. Lakin Bakıya qarşı diplomatik separatizmin qarşısı alındı və Azərbaycan-Türkiyə münasibətlərindəki problemlər aradan qaldırıldı.

Qarabağ müharibəsində sərgilənən möhtəşəm qardaşlıq nümunəsi, Şuşada imzalanan strateji müttəfiqlik bəyannaməsi, Türkiyənin bütün çətin günlərində Azərbaycanın ilk yardıma çatması və bu kimi çoxsaylı nümunələr qardaşlığımızın sarsılmaz olduğunu təsdiq edir. Amma Emənistanla əldə olunan gizli razılaşma göstərdi ki, qardaşlığımızın sarsılmazlığına Azərbaycanda daha çox inam var imiş, nəinki Türkiyədə.

Keçid məntəqəsinin açılması o deməkdir ki, vaxtilə Türkiyədə Azərbaycana qarşı olan mövqe indi rəsmi səviyyədə dəstəklənir. Hərçənd ki, bu nə qardaşlıq haqqına, nə də Şuşa Bəyannaməsinə uyğun deyil.

Bu, qardaş Türkiyənin milli maraqlarına da ziddir. Çünki “Marqara” keçid məntəqəsinin açılması Ermənistan üçün nəfəslik rolunu oynayacaq və həm Türkiyənin, həm Azərbaycanın, həm də türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi layihəsini axa plana keçirəcək. Məgər Türkiyədə bunu anlamırlarmı?!

Ankarada anlamırlarmı, “nəfəslik” verdikləri Ermənistan konstitusiya səviyyəsində Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür və imkan əldə etsələr, Türkiyənin şərq bölgələrini işğal edəcəklər!? 

Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü əsas şərtlərdən biri məhz belə iddiaların konstitusiyadan çıxarılmasıdır. Bakıda Türkiyənin milli maraqlarını daha çox düşünürlər, nəinki Ankarada. Baş verənlər fonunda əsas diqqətçəkən məqamlardan biri də Türkiyənin türk dünyasının gələcəyi məsələsinə lazımi dəstəyin verməməsidir.

Azərbaycan bu məsələdə faktiki olaraq aparıcı rol oynayır. Prezident İlham Əliyev Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada birliyin məhkəmlənməsi istiqamətində mühüm addımlar atır. Zəngəzur dəhlizi də bu planın tərkib hissəsidir. Türkiyənin Ermənistanla keçid məntəqəsini açması isə məhz türk dünyasının gələcəyinə qarşı atılmış addımdır!

  • Naib
    Mart 23, 2025 - 12:48

    Türkiyə sizlərin uşağınız deyi! Hər fürsətdə Türkiyəni arxadan vurursunuz! İndidə Türkiyə arxadan vurursunuz! Çünki sizlər gerçək müsəlmən deyilsiniz! Sizlər gah yahudilərlə, gahda xaçpərəslərlə dostluq edirsiniz! Sizlər müsəlman deyilsiniz!

    • Zaur
      Mart 24, 2025 - 10:22

      E. Qodux. Senmisenmi. Muselman yosa fars kurd ya ermeni qardaslarin??

  • Azərbaycan Türkü
    Mart 23, 2025 - 13:32

    Bu məqaləni yazan birbaşa rusiyanın köpəyidi. Türkiyə çox yaxşı edib sərhədləri açır. Yox bilməmişdi sizlər rusiyanın qucağında oturub mincür bəhanə ilə sülhdən yayınacaqsız və sonra Türkiyəyə minnət qoyacaqsız. Əliyev rejimi sülhdə maraqlı deyil putlerin maraqlarına xidmət edir. Ona görədə Türkiyə lap zor edir🤙

  • Serkan
    Mart 23, 2025 - 16:01

    Maidə 51 oxuyun və Azərbaycan yahudi tulası olanda onlarda ermeniler yaxınlaşaraq rus təyyarə izi vurub

  • Suleyman
    Mart 23, 2025 - 17:07

    Özünüzü cırırdız Türkiyənin köməyi dəyməyib indi nə oldu

  • Qazi
    Mart 24, 2025 - 06:07

    Bunu yazan rus ya fars köpəyidi

  • Smile
    Mart 24, 2025 - 06:19

    Təxribat yaratmayın. konkret.az siz kimin dirjor çubuğu ile hereket edirsiz onu deyin. Dövlət de yaxşı bilir, millət de yaxşı bilir ilk günden de Türkiye niye müvəqqəti açıldığını da dedi.

  • Tahir
    Mart 24, 2025 - 08:07

    Görəsən bu məqaləni yazanın adı,soyadı yoxdur,görk kimin nəisidi bu,kişisən ,yazmısan adını da yazda.Ara vurmaq üçün mindənə hoqqadan çıxırlar.Türkiyə heç bir zaman Azərbaycana qarşı ikili oyun aparmaz,çünkü geci tezi hər şey ortaya çıxır,iynə deyilki torbada gizlədəsən

  • Monitor
    Mart 24, 2025 - 08:53

    Bunu yazan rusbaş Yəni hörmətli Kamran bəyin dili ilə desək taxtabaş rusun fikrini tərənnüm edir. Türkiyə sərhəddi açmaqla Ermənistanı öz təsir dairəsinə salacaq və Zəngəzur dəhlizi də avtomatik həllini tapacaq

  • Shamil
    Mart 24, 2025 - 09:49

    Düzdə edir,Ərdogan dəfələrlə sülh müqaviləsi baglamagı tezləşdirin deyib,bizimkilərdə qulaqardı edib, Oturub bizi gözləməlidi,30 ildi gözləyir,bəsdi.

  • Shamil
    Mart 24, 2025 - 09:54

    Ay rusun yalagı türkiyə əleyhinə az hür,siz israilnən dost ola bilirsiz,türkiyə erməni ilə sərhədi aça bilmir?

  • Shahmar
    Mart 24, 2025 - 20:09

    Kommentlerdende gördüyün kimi…Rusbaşların oyununu bu millət artıq anlıyır dərk edir. Bu məqalənin yazanıda lazımı sözlərnən qınayır.

  • Uğur
    Mart 26, 2025 - 09:34

    Erməni tulası. Şərəfsiz. Nəslini Türkiyə raxlasın.

  • GARACHANTA
    Mart 28, 2025 - 23:01

    Türkiyə Qardaşımıza Dil Uzadanın Dilini kəsər Millətimiz, ermədidəndönənlər!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*