Türkiyədən İsrailə qarşı YENİ HƏMLƏ: Ankara nə etməyə hazırlaşır?backend

Türkiyədən İsrailə qarşı YENİ HƏMLƏ: Ankara nə etməyə hazırlaşır?

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ciddədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XİN rəhbərlərinin fövqəladə iclasının açılışında çıxış edib.

KONKRET.az-ın xəbərinə görə, nazir bildirib ki, Fələstin dövlətinin tanınması artıq “geri dönüşü olmayan reallığa” çevrilib.

“Güclü və koordinasiyalı təzyiq vacibdir. Uzunmüddətli həllə nail olmaq üçün İsrail daim təzyiq altında saxlanılmalıdır,” – deyə Fidan vurğulayıb və BMT Baş Assambleyasının qarşıdakı sessiyasının əhəmiyyətinə diqqət çəkib.

Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron sentyabrda BMT Baş Assambleyasının iclasında Fələstini rəsmi olaraq tanıyacaqlarını bəyan etmişdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*