Ankarada keçiriləcək NATO sammitinin təşkilatçıları Donald Trampın toplantılar zamanı diqqətini çəkmək məqsədilə iclasların müddətini qısaltmağı planlaşdırırlar.
KONKRET.az xəbər verir ki, “Politico”nun mənbələrə istinadən yaydığı məlumata görə, sammit çərçivəsində yalnız üç saatlıq əsas sessiyanın keçirilməsi nəzərdə tutulur.
Bildirilir ki, bu qərar Trampın iclas zamanı marağını qorumaq və onun “sıxılmasının” qarşısını almaq məqsədi daşıyır.
Məlumata əsasən, təşkilatçılar xüsusilə müdafiə xərclərinin artırılması ilə bağlı müzakirələrə diqqəti cəmləməyi hədəfləyirlər.
NATO sammiti 7–8 iyul tarixlərində Ankarada keçiriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
