Türkiyənin bu addımı Rusiyanı ŞOKA SALACAQbackend

Türkiyənin bu addımı Rusiyanı ŞOKA SALACAQ

Ukraynanın Qara dənizdəki Rusiya limanlarına və tankerlərinə endirdiyi zərbələrdən sonra Türkiyə bu ölkədən neft alışını kəskin şəkildə azaldıb.

KONKRET.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Türkiyə iyul ayında Rusiya limanlarından təxminən 900 min ton neft idxal edib.

Bu göstərici iyun ayında 1,2 milyon ton təşkil edirdi.

Qara dəniz vasitəsilə həyata keçirilən tədarük isə iki dəfə azalaraq 600 min tondan 300 min tondan bir az çox səviyyəyə düşüb.

Avqust ayında bu azalmanın davam edəcəyi gözlənilir. Proqnozlara görə, bu ay nəql olunacaq həcm cəmi 200 min ton ətrafında olacaq. Hələlik bu ay üçün Qara dəniz limanlarından Türkiyəyə “Urals” və “CPC Blend” markalı neft göndərilməsi planlaşdırılmayıb.

Xatırladaq ki, tədarükdəki axsamalar Rusiya limanlarına və tankerlərinə qarşı təşkil edilən hücumlar seriyasından sonra başlayıb. İyulda Novororossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumunun (XBK) terminalından göndərişlər 20%-dən çox, Qazaxıstanda neft hasilatı isə 14% azalıb.

Bu hadisələrin ardından ABŞ-ın vitse-prezidenti Cey Di Vens Kiyevdən Rusiya bayrağı altında olmayan tankerlərə və XBK-nın infrastrukturuna zərbələri dayandırmağı xahiş edib. Ukrayna tərəfi isə yalnız gəmilərin Ukrayna sanksiyaları altında olmaması və Rusiya yükləri daşımaması şərti ilə buna razılıq verib.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*