Türkiyənin “Neo-Osmanlı” planı – “Hədəfdə bu ölkələr olacaq”backend

Türkiyənin “Neo-Osmanlı” planı – “Hədəfdə bu ölkələr olacaq”

Türkiyə-Azərbaycan münasibətlərində soyuqluq davam edir. Hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın media orqanlarının və bəzi sosial şəbəkə hesablarının Azərbaycan əleyhinə kampaniyaları genişlənir. Bu gərginliyin səbəbləri sırasında Türkiyənin xarici siyasətində neo-osmanlıçı yanaşmanın rol oynadığı da iddia edilir.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Türkiyədə AKP-yə yaxın bəzi dairələr, media orqanları Azərbaycanın milli, daxili məsələləri ilə bağlı kəskin və qəti mülahizələr səsləndirirlər:

“Amma bu, doğru yanaşma deyil. Daha əvvəl Binəli Yıldırım və AKP ilə ittifaqda olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı da bu məsələnin Azərbaycanın daxili işi olduğunu vurğulayıb. Buna baxmayaraq, AKP-nin bəzi məmurları Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər”.

Siyasi şərhçi bildirib ki, əgər Türkiyədəki AKP hakimiyyəti neo-osmanlıçılıq siyasətini davam etdirərsə, bu halda diqqətini daha çox ərəb dövlətlərinə, Balkanlara və digər istiqamətlərə yönəltməli olacaq:

“Halbuki hədəf neo-osmanlıçılıq deyil, yeni türkçülük və yeni türk birliyi olmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin səsləndirdiyi “bizim ailəmiz türk dünyasıdır” devizi həmin istiqamətin ən bariz nümunəsidir.

AKP hökumətindəki bəzi məmurların neo-osmanlıçılıq meyilləri ilə Azərbaycana yaxınlaşması “bir millət, iki dövlət” şüarına zərər verir. Bu istiqamətdə atılan yanlış addımlar tezliklə aradan qaldırılmalı, diqqət türk xalqlarına yönəldilməli və Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi əsas hədəf kimi müəyyənləşdirilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*