Polşa Avropanın ən müasir ordusunu qurur. Bu barədə ölkənin Baş naziri Donald Tusk bildirib.
KONKRET.az xəbər verir ki, Tusk Polşanın sərhədlərini qorumağa qadir güclü ordu yaratdığını vurğulayıb.
“Biz həqiqətən də sərhədlərimizi qorumağa qadir olan Avropanın ən müasir ordusunu qururuq və bunun qiyməti yoxdur.
Bu, bütün xərclərimizə və göstərdiyimiz bütün səylərə dəyər”, – deyə Polşa hökumətinin başçısı bildirib.
Natiq Səlim,
KONKRET.az
