“TV1” kanalı KATV 1 kabel şəbəkəsində bu gündən yayıma başlayıb.
KONKRET.az “TV1”ə istinadən xəbər verir ki, may ayının 12-dən etibarən “TV1” kanalının yayımına artıq start verilib.
Qeyd edək ki, “TV1” kanalına Audiovizual Şura tərəfindən 31 yanvar 2025-ci il tarixində televiziya yayımı lisenziyası verilib.
Kanalda müxtəlif səpkili, rəngarəng janrlı verilişlər, ictimai-siyasi proqramlar, filmlər, konsertlər və digər xarakterli yaradıcı audiovizual məhsullar izləyicilərə təqdim olunur.