Uçan maşınlar satışa çıxır – Tarix açıqlandı + FOTOLARbackend

Uçan maşınlar satışa çıxır - Tarix açıqlandı + FOTOLAR

Tesla-nın “uçan maşın” kimi təqdim edilən Roadster modeli ilə bağlı paylaşım sosial şəbəkələrdə diqqət çəkib.KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, texnobloqer Fərid Pərdəşünas nümayişi heyrətamiz adlandırıb və təqdimatın görüntülərini izləyicilərlə bölüşəcəyini bildirib.

“Canlı təqdimat və nümayiş sadəcə dəhşətlidir. Tesla və SpaceX Elon Maskın rəhbərliyində tarixi təqdimatla inanılmazı, xəyalları və bir çoxlarının uşaqlıq arzularını canlandırdı”, – deyə o yazıb.

Texnobloqer izləyicilərə 30 dəqiqəlik təqdimata mütləq baxmağı tövsiyə edib.

“Elektromobil 2028-də yollarda olacaq. Daha doğrusu, havada”, – deyə Fərid Pərdəşünas qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*