Ucuz qiymət, böyük risk: Tava alarkən bunlara diqqət edin…backend

Ucuz qiymət, böyük risk: Tava alarkən bunlara diqqət edin...

Mətbəxdə ən çox istifadə olunan qab-qacaqlardan biri olan tavaların keyfiyyəti birbaşa insan sağlamlığına təsir göstərir. Son vaxtlar marketlərdə tanınmış brendlərin, xüsusilə də “Tefal” adı ilə satılan tavaların cəmi 10–15 manata təklif olunması istehlakçılar arasında ciddi suallar doğurub. Bu qədər ucuz qiymətə satılan məhsullar həqiqətən orijinaldırmı, yoxsa keyfiyyətsiz və saxta istehsal nümunələridir? Belə tavalarda istifadə olunan materiallar və örtüklər insan sağlamlığı üçün hansı riskləri yarada bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida texnoloqu Ağa Salamov bildirib ki, sağlam qidalanma üçün istifadə olunan qab-qacaq, xüsusilə də tava seçimi böyük əhəmiyyət daşıyır.

Texnoloqdan həyəcan təbili: Bu duzlar çox zərərlidir! - Globalinfo.az

Onun sözlərinə görə, keyfiyyətli tavalar yeməyin qida dəyərini qorumaqla yanaşı, çarpaz çirklənmənin qarşısını alır və bişirmə zamanı zərərli maddələrin qidaya keçməsinə imkan vermir.

Ekspert qeyd edib ki, xüsusilə teflon örtüklü tavalar seçilərkən diqqətli olmaq lazımdır:

“Əgər teflon örtük cızılıbsa və ya məhsul keyfiyyətsiz materiallardan hazırlanıbsa, yüksək temperatur təsiri altında zərərli kimyəvi maddələr ayrılması riski yarana bilər. Buna görə də ucuz və mənşəyi məlum olmayan məhsullara ehtiyatla yanaşmaq vacibdir.

Sağlamlıq baxımından keramik və çuqun tavalara üstünlük verilməlidir.

Keramik tavalar yüksək temperaturda belə zərərli kimyəvi buxarlar yaratmır və qida ilə reaksiyaya girmir”.

Çuqun tavaların isə istiliyi uzun müddət saxladığını, qoxu hopdurmadığını və sağlam seçim hesab edildiyini vurğulayan mütəxəssis bildirib ki, bu növ tavalar uzunömürlü istifadəsi ilə də seçilir.

Qida texnoloqunun fikrincə, istehlakçılar tava alarkən ilk növbədə məhsulun keyfiyyət sertifikatına, istehsalçı məlumatlarına və istifadə olunan materiallara diqqət yetirməlidirlər. Əks halda, həddindən artıq ucuz qiymətə satılan məhsullar həm keyfiyyət, həm də sağlamlıq baxımından müəyyən risklər yarada bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*