Ukrayna 2027-ci ilin sonunadək Avropa İttifaqına üzv olmaq üçün tam hazır vəziyyətə gəlməlidir.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı gələcək səfiri Olqa Stefanışina açıqlama verib. Onun sözlərinə görə, həmin tarixədək ölkə qanunvericiliyində bütün islahatlar başa çatmalı və Avropa İttifaqının hüquq normalarına tam uyğunluq təmin edilməlidir.
“2027-ci ilə qədər qanunvericilikdəki bütün dəyişikliklər yekunlaşmalı və Aİ hüququna tam uyğun olmalıdır”, – deyə Stefanışina bildirib.
Natiq Səlim,
KONKRET.az