Ukrayna 665 milyon dollarlıq dövlət borcu üzrə ödənişi təxirə saldıbackend

Ukrayna 665 milyon dollarlıq dövlət borcu üzrə ödənişi təxirə saldı

Ukrayna hökuməti 2 iyun tarixində həyata keçirilməli olan $665 milyonluq dövlət borcu ödənişindən imtina edib. Söhbət ölkənin iqtisadi artıma bağlı olan və ödənişləri ÜDM-in (ümumi daxili məhsul) artım tempindən asılı olan GDP-warrants adlı istiqrazlardan gedir.

KONKRET.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Kiyev bu qərarı $3,2 milyardlıq borcun restrukturizasiyası üzrə aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra verib. Danışıqlarda “Aurelius” və “VR Capital” kimi iri beynəlxalq kreditor fondları iştirak edib.

Ukrayna Maliyyə Nazirliyi bəyan edib ki, restrukturizasiya prosesi başa çatana qədər borc ödənişlərinə moratorium qüvvədə qalacaq. Sözügedən istiqrazlar ötən il borc yüngülləşdirilməsi ilə bağlı aparılan sazişə daxil edilməyib və bu səbəbdən hazırda riskli aktivlər kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, Ukrayna hökuməti 2023-cü ildə bu cür istiqrazlar üzrə təxminən $200 milyon ödəmişdi.

Beynəlxalq reytinq agentliyi Fitch ölkənin kredit reytinqini “məhdud defolt” (Restricted Default) səviyyəsində saxlayır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*