Ukrayna Baş Qərargahı xəbərdarlıq etdi – Nə baş verir? / FOTO backend

Ukrayna Baş Qərargahı xəbərdarlıq etdi - Nə baş verir? / FOTO

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yeni baş komandan, general-mayor Mixaylo Drapatının adından fəaliyyət göstərən saxta sosial media hesabı barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, qərargahın yaydığı məlumata görə, X sosial şəbəkəsində fəaliyyət göstərən və “Mykhailo Drapatyi. Commander-in-Chief of the Armed Forces of Ukraine” adı ilə təsdiqlənmiş (verifikasiya olunmuş) hesab rəsmi hesab deyil.

Bildirilib ki, Mixaylo Drapatının yeganə rəsmi sosial media hesabları Facebook, X və Viber platformalarında mövcuddur. Baş Qərargah istifadəçiləri yalnız həmin rəsmi səhifələrdə yayılan məlumatlara etibar etməyə çağırıb.

Qeyd olunub ki, saxta hesablar vasitəsilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıya bilər. Buna görə də vətəndaşlara rəsmi mənbələri izləmələri tövsiyə olunub.

Günay Əli 

KONKRET. az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*