Başqırdıstanda hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatlarının hücumunu dəf edir.
KONKRET.az xəbər verir ki, bu barədə respublikanın rəhbəri Rадий Həbirov məlumat verib.
Onun sözlərinə görə, dronlardan birinin “qalıqları” Salavat şəhərindəki sənaye zonasına düşüb. Nəticədə ərazidə yanğın baş verib.
Salavat şəhərində Rusiyanın ən iri sənaye komplekslərindən biri olan “Qazprom neft-kimya Salavat” yerləşir. Müəssisə iyulun ortalarında da Ukrayna dronlarının hücumundan sonra fəaliyyətini müvəqqəti dayandırmışdı.
Rəsmiyyə Şərifova,
KONKRET.az
