Ukrayna dronlarla  yenə Rusiyaya hücum etdibackend

Ukrayna dronlarla yenə Rusiyaya hücum etdi

Ukrayna ordusu Rusiyaya hücumlarını davam etdirir. Ukraynalılar Rusiya şəhərlərini hədəf seçməklə əhali arasında vahimə yaratmağa çalışırlar.

KONKRET.az xəbər verir ki, ötən gecə də Ukrayna dronları Rusiyanın şəhərləri üzərində görünüb. Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri gecə saatlarında ölkə ərazisinə daxil olan 32 PUA zərərsizləşdirib.  Rusiya mətbuatının məlumatına görə, Voronejdə 15, Belqorod vilayətində 11, Kurskda 4, Oryol və Tverskaya vilayətləri üzərində  1 PUA vurulub. Hücum zamanı Belqorodun Qrayvoro şəhərinin infrastrukturuna ziyan dəyib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*