Ukrayna ordusu “Drujba” neft kəmərinin Rusiyadan keçən hissəsinə zərbələr endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, Tambov vilayətindəki “Nikolskaya” xətt istehsal-dispetçer stansiyası vurulub.
Stansiya yanacağın Rusiyanın mərkəzi və cənub bölgələrinə, eləcə də ixrac terminallarına daşınmasını təmin edir.
