Almaniyadakı iqtisadi problemlər Ukraynadakı münaqişənin həlli məsələsini müvəqqəti olaraq Bundestaqda (Almaniya parlamenti) seçki kampaniyasının gündəliyindən çıxarıb.
KONKRET.az xəbər verir ki, bu barədə İsveçrənin “Le Temps” qəzeti yazıb: “Altı ay əvvəl Avropa Parlamentinə seçkilər zamanı Almaniyanın əsas siyasi partiyaları öz kampaniyalarını Ukrayna müharibəsi üzərində qurublar. İndi, fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərinə iki ay qalmış bu məsələ arxa plana keçərək yerini iqtisadi böhrana buraxıb”.
Qəzet xatırladır ki, hər həftə Almaniyanın ən böyük konserni “BASF”, “Ford” və “ThyssenKrupp”un da növbəti restrukturizasiya xəbərləri gəlir. Qeyd olunur ki, Almaniyanın əsas siyasi partiyaları iqtisadi böhranın həllinə müxtəlif yanaşmalar təklif edir və enerjinin yüksək qiyməti ölkənin əsas problemi olaraq qalır.
Vəli Həsənov,
KONKRET.az