Ukrayna müdafiə naziri və nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov İstanbul danışıqları fonunda Rusiyanın atəşkəsə hazır olmadığına dair sərt açıqlama verib.
“Əgər ruslar doğrudan da atəşkəsə razı olsaydılar, onların strateji aviasiyası məhv edilməzdi. Bu, onların real niyyətini göstərir”, – deyə Umerov bildirib.
KONKRET.az xəbər verir ki, Ukraynalı nazirin bu bəyanatı, SBU-nun Rusiya hərbi hava bazalarına endirdiyi zərbələr fonunda səsləndirilib.
Natiq Səlim,
KONKRET.az