Ukrayna müharibəni indiki cəbhə xətti üzrə dayandırmağa hazırdır, lakin… – Zelenski backend

Ukrayna müharibəni indiki cəbhə xətti üzrə dayandırmağa hazırdır, lakin... - Zelenski 

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin hazırkı cəbhə xətti üzrə dayandırılmasına razı olduğunu, lakin Rusiyaya əlavə ərazilərin verilməsini qəbul etməyəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Zelenski bu barədə ABC News telekanalına müsahibəsində danışıb.

Ukrayna lideri sülh sazişinin imzalanmasına hazır olduğunu və bunun elə bu gün mümkün ola biləcəyini qeyd edib.

Onun sözlərinə görə, Rusiya hazırda Ukrayna ərazisinin 19 faizindən çoxuna nəzarət edir. Kiyev tərəfi mövcud cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasına razıdır, lakin Moskvanın nəzarətinə əlavə ərazilərin verilməsini qəbuledilməz hesab edir.

Zelenski, həmçinin ABŞ-ın Ukraynaya göstərdiyi dəstəyin yetərli olmadığından şikayətlənib.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*