Ukrayna müharibəsi bitərsə, Putin daha təhlükəli olacaq – Qərb kəşfiyyatından ŞOKbackend

Ukrayna müharibəsi bitərsə, Putin daha təhlükəli olacaq - Qərb kəşfiyyatından ŞOK

Ukraynada döyüşlər dayandırılarsa, Rusiya Prezidenti Vladimir Putinin daha da təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edilib. Estoniyanın müdafiə naziri Hanno Pevkur “Bild” nəşrinə müsahibəsində bildirib ki, döyüşlərin bitməsi Qərb üçün təhlükənin artması deməkdir.

KONKRET.az xəbər verir ki, nazirin sözlərinə görə, hazırda cəbhədə olan təxminən 800 min rus əsgəri sülh əldə olunduqdan sonra evlərinə dönməyəcək, əksinə yeni əmrlər alaraq başqa sərhədlərə yönləndiriləcəklər. Qərb kəşfiyyat xidmətləri hesab edir ki, bu əsgərlər tez bir zamanda Finlandiya, Norveç, Baltikyanı ölkələr və Belarus istiqamətinə, yəni Polşa sərhədlərinə yerləşdirilə bilər.

Bild-in məlumatına görə, Rusiya artıq bu planlara uyğun infrastruktur qurub və yeganə maneə hazırda Ukraynada davam edən müharibədir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*