“Ukrayna NATO-nun üzvü olmayacaq, Şimali Atlantika Alyansı ilə Rusiya arasında bufer zonası kimi qalacaq”.
KONKRET.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban parlamentin yaz sessiyasının açılışında çıxış edərkən deyib.
O bildirib ki, bu, ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışından sonra aydın olub.
“ABŞ-da keçirilən seçkilərdən sonra Ukraynanın NATO-ya üzv olmamasına qərar verildi. Ukraynanın taleyi necə olacaq və ərazilərin taleyi necə həll ediləcək? Bu, Macarıstanın təhlükəsizliyi üçün də vacibdir. Bu məsələ atəşkəs və sülh danışıqları yolu ilə həllini tapacaq. Sülh müqaviləsi Macarıstan və NATO-ya üzv ölkələrin təhlükəsizliyini təmin etməli, yenidən bufer zonaya çevriləcək Ukraynanın statusu buna uyğun tənzimlənməlidir”, – deyə Orban vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az