Ukrayna ordusu Rusiya hava hücumundan müdafiə sistemlərinin sursatlarını sərf etməsinə səbəb olmaq üçün saxta dronlardan istifadəyə başlayıb.
KONKRET.az xəbər verir ki, bunu “Zvezda” kanalına açıqlamasında rusiyalı hərbçilərdən biri deyib.
“Əvvəlcə boş dronları buraxırlar, daha sonra isə silahlılar gəlir”, – hərbçi deyib.
Onun sözlərinə görə, bu hallar tez-tez baş verməyə başlayıb.
