Ukrayna özünün ilk idarəolunan aviabombasını (KAB) hazırlayıb.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Mixail Fyodorov deyib.
Onun sözlərinə görə, KAB unikal dizayna malikdir və müasir müharibənin reallıqları nəzərə alınmaqla yaradılıb:
“Bu, Qərb və ya Sovet istehsalının surəti deyil, Ukrayna mühəndisləri tərəfindən buraxılışdan sonra onlarla kilometr dərinlikdə düşmən istehkamlarını, komanda məntəqələrini və digər hədəfləri effektiv şəkildə məhv etmək üçün hazırlanmış xüsusi bombadır. Bomba artıq döyüş istifadəsinə hazırdır”.
Bombanın döyüş hissəsi 250 kq-dır. Ukrayna Müdafiə Nazirliyi ilk eksperimental partiyanı alıb.
