Ukrayna ordusunun Leninqrad vilayətinə hücumu zamanı Kronştadtdakı Rusiya hərbi gəmisi də vurulub.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin PUA Sistemləri Qüvvələrinin komandanı Robert Brovdı (Madyar) məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna ordusu planlı təmirə dayanan “Boykiy” korvetinə zərbələr endirib.
Qeyd edək ki, korvet 2013-cü ildən silahlanmaya qəbul edilib.
