Ukrayna Rusiya ilə məhbus mübadiləsinin yeni mərhələlərinə hazırlaşır.
KONKRET.az bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin Teleqram kanalında məlumat verilib.
“Mən məhbus mübadiləsi haqda hesabatları dinlədim. Biz həm hərbçiləri, həm də mülki insanları azad etmək üçün digər səyləri davam etdiririk”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, son aylar Ukrayna məhbus mübadiləsi məsələsində ciddi irəliləyiş əldə edib. Azad edilənlər arasında əvvəllər itkin düşmüş sayılanlar, eləcə də tammiqyaslı müharibə başlamazdan əvvəl Rusiya həbsxanalarında və düşərgələrində olanlar da var.
Əsir mübadiləsi Ukrayna və Rusiya arasında hərbi əməliyyatların aktiv fazasına baxmayaraq fəaliyyətini davam etdirən azsaylı humanitar kanallardan biri olaraq qalır. 2025-ci ilin əvvəlindən mübadilələr daha tez-tez və geniş miqyasda olub.
İyulun əvvəlindəki mübadilə zamanı Ukrayna hərbi əməliyyatlarda itkin düşmüş hesab edilən hərbi qulluqçuları, habelə Rusiya Federasiyasında uzun müddət cəza çəkən məhbusları geri qaytarmağa nail olub.
Müşviq Tofiqoğlu
KONKRET.az