“Kiyev ilin sonuna qədər ABŞ-la seçkilərin keçirilməsi imkanını müzakirə edəcək”.
KONKRET.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova deyib.
O bildirib ki, 2023-2024-cü illərdə bu mövzu nəzəri olaraq müzakirə olunanda Ukraynanın mövqeyi belə idi ki, seçkilərin keçirilməsi üçün döyüşlər dayandırılmalıdır. Ancaq indi vəziyyət dəyişib.
“Ukrayna hazırda ABŞ-la 2025-ci ilin sonuna qədər seçkilərin keçirilməsi imkanını müzakirə etmir, lakin Vaşinqton belə bir sual qaldırarsa, bu mövzu haqqında danışmağa hazırdır”, – Markarova vurğulayıb.
Qeyd edək ki, daha öncə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Vaşinqton Ukraynada prezident seçkilərinin bu ilin sonuna qədər keçirilməsini istəyir.
Müşviq Tofiqoğlu
KONKRET.az