backend

Ukraynada dəhşətli cinayət: Ögey baba 13 yaşlı nəvəsini bütün gecə zorlayıb

Ukraynada dəhşətli, lakin eyni zamanda ölkədə ajiotaj doğuran cinayət hadisəsi baş verib.

Konkret.az Ukrayna mediasında istinadən xəbər verir ki, Dneprpetrovsk vilayətində ögey baba 13 yaşlı qızı təbii və qeyri-təbii cinsi əlaqəyə məcbur edərək onu zorlayıb.

Bu barədə milli polisin rəis müsvini Vyaçeslav Abroskin Facebook səhifəsində yazıb.

Ukrayna mediasının xəbərinə görə, vilayətin 28 yaşlı qadın sakini sutkalıq iş üçün tərk etdiyi evdə 2006 və 2015-ci il təvəllüdlü qızlarını nənəsi və babasının yanında qoyub. 1954-cü il təvəllüdlü həmin qoca isə böyük qızın deməyinə görə ona bütün gecə təcavüz edib. Polis həmin caninin əvvəllər də eyni cinayət üstündə tutulduğunu müəyyələnşdirib.

Qeyd olunur ki, təkcə 2019-cu ilin birinci yarısında Ukraynada yeniyetmələrə qarşı 100-dən çox zorakı cinsi əlaqəyı məcbur etmə halı təsbit olunub. 74 halda uşaqların cinayət əməlinə sövq edilməsi faktı aşkar edilib.

Ümumiyyətlə isə uşaqlarla bağlı bu il 2322 cinayət işi açılıb. Onlardan 37-i cinsi yetişkinliyə çatmamış kiçik qız uşaqlarına qarşı törədilib. 196 fakt yeniyetmə yaşına çatmayanların yoldan çıxarılması ilə bağlıdır.

Bilindiyi kimi, Ukrayna Ali Radası pedofillərə qarşı kimyəvi axtalama tədbirinin həyata keçirilməsi haqqında qanun qəbul edib. Bundan başqa, uşaqları zorlamaq üstündə həbs cəzası artırılaraq 20 ilə çatdırılıb.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*