Ukraynanın döyüşmək üçün nə qədər gücü qalıb? – Miroşnik vaxt açıqladıbackend

Ukraynanın döyüşmək üçün nə qədər gücü qalıb? - Miroşnik vaxt açıqladı

“Yaya qədər Ukraynanın silah ehtiyatı var. Bundan sonra isə tükənmə baş verə bilər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

“Xarici silah təchizatı olmadan Ukraynanın tükənməsi yaydan əvvəl baş verə bilər. Sonra tədarük çatışmazlığı cəbhədə nəzərə çarpacaq. Ukraynanın tükənməsinin köklü dəyişikliyə səbəb olacağı ilə bağlı illüziyaya qapılmaq lazım deyil. Amma bu, real olaraq üç-dörd ay ərzində baş verə bilər və artıq cəbhə xəttində nəzərə çarpacaq”.

Miroşnik əlavə edib ki, ABŞ-ın əvvəlki prezidenti Co Bayden Ukrayna rejiminə həm pul, həm də silahla kömək edib. Bu işdə London daha çox fəallıq göstərib. Buna görə də, hələlik Kiyevin müharibə aparmaq imkanı olmadığını söyləmək doğru olmaz.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*