Ürək xəstəliyinin kişilərdə çox vaxt gözardı edilən əlamətləribackend

Ürək xəstəliyinin kişilərdə çox vaxt gözardı edilən əlamətləri

Ürəyin işemik xəstəliyi hər zaman sinə ağrısı ilə özünü büruzə vermir. Xüsusilə yaşlı kişilər nəfəs darlığı, qeyri-adi yorğunluq və ürəkbulanma kimi əlamətləri yaşla əlaqələndirərək təhlükəni gözardı edə bilərlər.

KONKRET.az xəbər verir ki, Kardioloq Mey Bakir “Men’s Journal” nəşrinə açıqlamasında ürək xəstəliklərinin diqqətdən kənarda qalan əlamətlərindən danışıb.

Həkimin sözlərinə görə, miokard infarktı keçirən 85 və daha yuxarı yaşlı xəstələrin yalnız 40 faizi sinə ağrısından şikayət edir. 65 yaşdan aşağı xəstələrdə isə bu göstərici 77 faizdir.

Bakir bildirib ki, kişilərin yaşlanmanın adi əlamətləri hesab etdiyi bəzi dəyişikliklər əslində ürək problemlərindən xəbər verə bilər. Bunlara nəfəs darlığı, qeyri-adi yorğunluq, tərləmə, ürəkbulanma və həzmsizliyə bənzər narahatlıq daxildir.

Kardioloq bəzi zahiri əlamətlərin də ürək-damar xəstəlikləri ilə əlaqəli ola biləcəyini qeyd edib. Onun istinad etdiyi araşdırmaya əsasən, kişi tipli keçəllik, qulaq məmələrində qırışlar və göz qapaqlarının dərisində yaranan sarımtıl lövhələr – ksantelazmalar ürəyin işemik xəstəliyi olan və əvvəllər infarkt keçirmiş insanlarda daha çox müşahidə olunur. (Publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*