Uşaq “Bu ustanın başı xarabdır” dedi…backend

Uşaq "Bu ustanın başı xarabdır” dedi...

Azərbaycanda usta işlədiyi evlərdən birində 14 yaşına çatmayan uşağa qarşı seksual xarakterli hərəkətlər edib.

KONKRET.az xəbər verir ki, hadisə Bakının Xəzər rayonunda baş verib. Belə ki, evlərin birində elektrik və santexnik işlərini görən 1976-cı il təvəllüdlü Saşa (şərti addır-red.) qonşusu Bəybalanın (şərti) evində işləyərkən sonuncunun azyaşlı övladına qarşı əxlaqsız hərəkətlərə yol verib. Ev sahibi bazara ləvazimat almağa gedərkən, onun evində qalan iki övladı həyətdə oynayırmış.

Fürsətdən istifadə edən usta bu zaman uşaqlardan birini evə çağırır. O, yeddi yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edir. Belə usta bunu bir neçə dəfə təkrarlayır. Bəybala evə qayıtdıqdan sonra isə Saşa həmin uşağın onu çox istədiyini bildirir və öz evinə aparmasını təklif edir. Lakin Bəybala razı olmur. Uşaq bir neçə gün sonra ustanın başının xarab olduğunu ailə üzvlərinə bildirir. Ailə üzvlərini təəccübləndirən bu sözlərin səbəbini uşaqdan soruşduqda isə, o, baş verənləri danışır.

Saşa haqqında polisə şikayət edilir və onun haqqında cinayət işi açılır. Saşa ibtidai istintaqa verdiyi ifadədə özünü təqsirli bilməsə də, sonradan bunu etiraf edir. Saşa məhkəmədən bir azyaşlı övladının olmasını əsas gətirərək onun haqqında yüngül cəza kəsilməsini xahiş edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməklə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*