Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel ABŞ-ın paytaxtı Vaşinqtondakı qərargahında İsrailin daxili təhlükəsizlik xidməti olan “Şin Bet”in rəhbəri David Zini ilə görüşüb. Tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparılıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı FTB direktoru Keş Patel təsdiqləyib.
Onun sözlərinə görə, görüş zamanı terrorizmə qarşı birgə mübarizə səyləri, “terrorun maliyyələşdirilməsi şəbəkələri”nin fəaliyyətinin qarşısının alınması, kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsi və texnoloji əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Xüsusilə PUA-lara (pilotsuz uçuş aparatlarına) qarşı mübarizə sahəsində təlimlərin keçirilməsi və əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub.
Natiq Səlim,
KONKRET.az
