Vaqif Axundovun həbs edilən polkovnik bacısı oğlunun – FOTOLARIbackend

Vaqif Axundovun həbs edilən polkovnik bacısı oğlunun - FOTOLARI

Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

KONKRET.az “Qafqazinfo”ya istinadla V.Babayevin fotolarını əldə edib.

O da məlum olub ki, Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğlu olan V.Babayev Səbaildən öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron şöbəsinin rəisi olub.

O, yeni vəzifəsinə 2018-ci ildə təyin olunub.

Maraqlıdır ki, V.Babayev bu postda məmur qohumunu əvəzləyib. Üç il öncə təqaüdə göndərilən və Vüsal Babayevin əvəzlədiyi polkovnik Namiq Hüseynov respublikanın keçmiş Hərbi Komissarı, sabiq millət vəkili Əliağa Hüseynovun qardaşı oğludur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*