Vardan Oskanyan: “Azərbaycan Zəngəzur dəhlizini bir həmlədə götürəcək”backend

Vardan Oskanyan: “Azərbaycan Zəngəzur dəhlizini bir həmlədə götürəcək”

“Düşünürəm ki, dəhliz tələbi siyahıda var, baxmayaraq ki, bu barədə Ermənistan hakimiyyəti danışmır. İlham Əliyev də  bu barədə danışmağı lazım görmür, çünki hesab edir ki, bu məsələnin həlli çox sadədir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın  keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib: “Sadəcə Zəngəzur dəhlizini bir həmlədə  götürəcəklər. Paşinyan Azərbaycana dəhliz vəd edib və ora girib götürmək onların hüququdur.  Deməli, bu, həqiqətən də ciddi narahatlıq üçün əsasdır”, – deyə o bildirib.

Oskanyan xatırladıb ki, Ermənistan hakimiyyəti dəhlizin Ermənistan üçün qırmızı xətt olduğunu bəyan edir, lakin Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri əmindir ki, bu heç nə demək deyil: “Əksinə, Paşinyanın dedikləri məni narahat edir: “Qarabağ Ermənistandır və  nöqtə deyəndən sonra Qarabağ əldən getdi”. Oskanyan bəyan edib ki, Ermənistan Qarabağ məsələsini gündəmə gətirməsə heç bir problemin həlli mümkün olmayacaq.

Vəli Həsənoğlu,

KONRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*