Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının yeni tərkibində yer almayıb.
KONKRET.az “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə qərar YAP-ın yeni seçilmiş İdarə Heyətinin ilk iclasında verilib.
Qeyd edək ki, Vasif Talıbov 1995-2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postunu tutub. pizza hut
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də YAP-ın Veteranlar Şurasından çıxarılıb.
