Böyük Britaniyanın ABŞ-dakı səfiri Kristian Ternerin sızdırılan özəl açıqlamaları London və Vaşinqton arasındakı münasibətlərin pərdəarxası həqiqətlərini üzə çıxarıb. Diplomat bildirib ki, hazırda ABŞ-ın bağlandığı yeganə həqiqi “xüsusi münasibətlər” Britaniya ilə deyil, məhz İsraillədir.
KONKRET.az xəbər verir ki, “Financial Times” qəzetinin diplomatın sızdırılan sözlərinə istinadən yaydığı məlumata görə, Terner bu statusu şübhə altına alaraq, ABŞ-ın xarici siyasətində İsrail istiqamətinin mütləq prioritet təşkil etdiyini vurğulayıb. Qeyd edək ki, “xüsusi münasibətlər” termini onilliklər boyu London və Vaşinqton arasındakı sıx strateji tərəfdaşlığı təsvir etmək üçün ənənəvi rəmz hesab olunurdu. Lakin britaniyalı səfirin bu çıxışı diplomatik dairələrdə Britaniyanın ABŞ üçün əhəmiyyətinin azaldığına dair ciddi müzakirələrə yol açıb.
Natiq Səlim,
KONKRET.az
