ABŞ-ın vitse-prezidenti Cey Di Vens sosial şəbəkədə 1915-ci il “qondarma erməni soyqırımı” hadisələrinin qurbanlarının xatirəsinə həsr olunmuş İrəvandakı memorial kompleksə səfəri ilə bağlı paylaşımını silib. Paylaşım bir neçə saat platformada qaldıqdan sonra götürülüb.
KONKRET.az xəbər verir ki, həmin postda iki dəfə qondarma “erməni soyqırımı” ifadəsi işlədilmişdi.
Daha sonra Vensin mətbuat katibi Teylor Van Kirk vitse-prezidentin səfəri barədə yeni, daha neytral məzmunlu açıqlama yayıb.
Yenilənmiş paylaşımda memorial kompleksə ziyarətdən bəhs olunsa da, əvvəlki postda yer alan ifadələrdən istifadə edilməyib.
Ağ Evin və ya vitse-prezident aparatının paylaşımın silinmə səbəbi ilə bağlı hələlik rəsmi izah vermədiyi bildirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
