Vergi güzəşti ləğv olunur – “Çoxları işsiz qalacaq”backend

Vergi güzəşti ləğv olunur – “Çoxları işsiz qalacaq”

1 yanvar 2026‑cı ildən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatır.

Hələlik güzəşt müddətinin uzadılıb-uzadılmayacağı barədə rəsmi bəyaat yoxdur. 2019-cu ildən tətbiq olunan qaydaya əsasən, özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur.

Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.

“Milli Məclisin son iclasında güzəşt möhlətinin uzadılmasına dair təklif səslənməyibsə, deməli, ilin sonunadək də bu mövzu gündəmdə olmayacaq və möhlət uzadılmaycaq”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a hüquqşüns Əkrəm Həsənov deyib.

O bildirib ki, gəlir vergisi ilə bağlı güzəştin uzadılması real görünmür:

“Qanun layihəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti hazırlayır və Prezident Adminstrasiyası parlamentə göndərir. Yəni dəyişiklik etmək istəsəydilər, edərdilər. Bu onu göstərir ki, büdcə paketi olduğu kimi qəbul olunacaq.

Gəlir vergisi ilə bağlı güzəştin uzadılması üçün Vergi Məcəlləsində dəyişiklik olmalıdır. Qanuna görə, güzəştin müddəti yanvarın 1-də bitir. Əgər heç bir dəyişiklik olmayacaqsa, güzəşt möhləti qutaracaq. Məncə,güzəştin uzadılması ehtimalı olduqca azdır”.

Hüquqşünas qeyd edib ki, güzəştin ləğvi işsizlərin sayı çoxalacaq:

“Bunun nəticəsində yenə də “qara maaş” alanların sayı artacaq. Çünki gəlirdən vergi tutulması bir çox işəgötürənə sərf etməyəcək.

Bəzi iş yerləri var ki, orada “qara maaş” vermək çətin məsələdir. Ona görə də işəgötürən işçini saxlamaq üçün məcburdur onun maaşını ödənilən vergi həddində artırsın. Bu da sahibkarın özünün mənfəətini baltalayır. Kimsə ola bilər ki, sadəcə işçi sayını azaldacaq.

Eyni işi indiyə kimi 10 nəfər görürdüsə, bundan sonra 5-7 nəfər görəcək. İşəgötürən yerdə qalan işçilərin maaşını biraz artıracaq. Lakin bu işsizlərin sayını artıracaq. Bu effekt çox güclü olsa, ola bilər ki, növbəti ildə təzədən vergi güzəşti məsələsinə qayıdılsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*