Vətəndaş hərbi biletini itiribsə, yenisini necə ala bilər? – Şöbə rəisi AÇIQLADIbackend

Vətəndaş hərbi biletini itiribsə, yenisini necə ala bilər? - Şöbə rəisi AÇIQLADI

Bəzən vətəndaş hərbi biletini itirə, yaxud hansısa bir formada korlaya bilir.

Bəs bu cür hallarda o, yeni hərbi bilet almaq üçün hara müraciət etməlidir?

KONKRET.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov redaktor.az-a açıqlamasında bu prosedurdan danışdı:

Pərviz Sədrəddinova Səfərbərlik Xidmətində vəzifə verildi | 1news.az | Xəbərlər

“Əgər vətəndaş hərbi biletini itiribsə, bu zaman polisə müraciət etməlidir. Polis ona müvafiq bir sənəd verir, daha sonra vətəndaş şəxsiyyət vəsiqəsini notarial şəkildə təsdiqlədir və qeydiyyatda olduğu SHXÇDX-nin şöbə və yaxud idarəsinə yaxınlaşıb 50 manat cərimə ödəyir. Bundan sonra ona yeni hərbi bilet verilir”.

P.Sədrəddinov qeyd etdi ki, əgər vətəndaş hərbi bileti korlayıbsa, polisə getməyə ehtiyac yoxdur:

“Bu zaman vətəndaş yenə də şəxsiyyət vəsiqəsini notarial qaydada təsdiqlədir. Qeydiyyatda olduğu şöbə və yaxud idarəyə yaxınlaşır və 50 manat cərimə məbləğini ödəyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*