Bakıda çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan “Melissa Group”un vətəndaşların evini dağıtdığına dair görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Hollivud filmlərini xatırladan bu hadisə cəmiyyət tərəfindən kəskin şəkildə pislənilib. Artıq aidiyyatı qurumlar hərəkətə keçib və hadisə ilə bağlı tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb. Bəs görəsən, bu qanunsuzluqda adı hallanan “Melissa Group”un sahibi kimdir?
KONKRET.az sosial media resurslarında araşdırma aparıb və məlum olub ki, “Melissa Group” şirkəti tanınmış iş adamı Qalib Məmmədova məxsusudur.
Qalib Məmmədov əslən Masallı rayonundandır və 1978-ci ildə Ərkivan kənd orta məktəbini bitirib.
O, “Performance Center” şirkətinin prezidentidir. “Performance Center” şirkəti 1997-ci ildən “General Motors” korporasiyasının “Chevrolet” və “Cadillac” brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Qalib Məmmədov paytaxt Bakıda “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrini icra edən “Melissa Group” şirkətlərinin sahibidir. Eyni zamanda “Collezione Italia” şirkəti də Qalib Məmmədova məxsusdur.Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, Elektrik və elektronik məhsulların satışı, Çörək zavodları daxildir.
Qalib Məmmədovun doğulduğu Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara “ARK” Yanacaq Doldurma Məntəqəsini, Avtoservisi, Elektrik və elektronik məhsulları satışı mağazasını, Çörək zavodunu, Şiriniyyat sexini misal göstərmək olar.
Müşviq Tofiqoğlu
KONKRET.az
Fsyo basladilar o seyi var bu seyi var onsuz butun memurlarin bakida ve diger rayonlarda oyketleri deputatlar daxil yuksek vezifelilerin sirketleri var onu adi sade adamlar islede bilmez mumkun deyil adi bir zaprafqa tik tikirsen hecne demirler yanacaq tokub isletmeye en azindan deputat daydayin olsunki islede bilesen realliqdi bu misla ceke bilerem asagi goynukden goynuk yanacaq doldurma menteqesi rasiyadan geldi tikdi amma islede bilmedi lotular qoymadi